
Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryan Ermənistanda diplomatik fəaliyyətini başa vuran Yaponiya səfiri Fukusima Masanori ilə görüşüb.
Baş nazirin müavininin idarəsindən verilən məlumata görə, görüşün əvvəlində Mher Qriqoryan Ermənistan-Yaponiya dostluq münasibətlərinin inkişafının vacibliyini vurğulayıb, görülən işlərə görə səfirə təşəkkür edib və yeni uğurlar arzulayıb.
Baş nazirin müavini Yaponiya səfirinə Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 100 mindən çox qaçqının qısamüddətli və ortamüddətli ehtiyaclarını təqdim edib, çətin vəziyyətlərdə Ermənistanı dəstəklədiyinə görə Yaponiyaya təşəkkür edib.
Həmsöhbətlər iki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi imkanlarını müzakirə etmiş, yüksək texnologiyalar, təhsil və turizm sahələrində əməkdaşlığın böyük potensialının reallaşdırılmasının vacibliyini vurğulamışlar.







