
Hüquq müdafiəçisi Anahit Manasyan Azərbaycan tərəfindən əsir götürülən Müdafiə Ordusunun keçmiş komandanı Levon Mnatsakanyanla bağlı dəfələrlə beynəlxalq strukturlara petisiya və müraciətlər göndərib və cavablar alıb.
Alınan məlumata görə, bu haqda Manasyan jurnalistlərlə keçirdiyi brifinqdə Bakıda Levon Mnatsakanyanın öldürülməsi ilə bağlı yayılan məlumatlara istinadən deyib.
“Dərhal qeyd etməliyəm ki, bu məsələ bilavasitə mənim mandatıma daxil deyil, təbii ki, mən təkcə informasiyanın yayıldığı dövrdə deyil, həm də informasiyanın yayılmasından öncə məsələni imkanlar çərçivəsində həll etməyə çalışıram.
Əvvəllər bunu beynəlxalq təşkilatlara göndərirdim, indi də göndərirəm.Amma məlumat çıxandan sonra mən dərhal aidiyyatı qurumlarla əlaqə saxladım və həmin beynəlxalq humanitar təşkilatlar mənə rəy bildirərək, bunu məsləhət xarakterli kimi qiymətləndirdilər” – deyə Manasyan bildirib.
İHM-si bildirdi ki, indiki anda onu dərc edə bilməz, çünki o, əsas məlumat mənbəyi deyil və dərc edildiyi təqdirdə iş prinsiplərini pozmuş olacaq.







