BaşlıcaSiyasət

Ciddi narahatlıq var ki, bu gün də Azərbaycanın Ermənistana qarşı ərazi iddiaları var: ER Xİ naziri

Bu gün Ermənistanda narahatlıq var ki, Azərbaycanın hələ də ambisiyaları və ərazi iddiaları var. “Armenpress”in məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Yerevanda Almaniyanın xarici işlər naziri Analena Berbok ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, son üç il ərzində Azərbaycan bir neçə dəfə Ermənistan Respublikasının suveren ərazisini işğal edib.

“Təəssüf ki, bu gün də qonşu dövlətlərin, xüsusən də Azərbaycanın Ermənistana qarşı hələ də ambisiyaları və ərazi iddialarının olması ilə bağlı ciddi narahatlıq var. Həmçinin, məsələn, regional infrastrukturlara gəldikdə, ER suverenliyi ilə bağlı müəyyən qeyd-şərtlər var. Deməli, o nrahatlıqlar bu gün də mövcuddur”, – deyə Mirzoyan bildirib.

Onun sözlərinə görə, Azərbaycanla sərhəd problemlərinin həlli üzərində işləyirlər, lakin hələlik dəqiq həlli yoxdur.

“Nizamlama prosesi gedir, bəzən elə gəlir ki, həll yoluna yaxınlaşırıq, bəzən isə yeni maneələrin yarandığını görürük”, – Mirzoyan bildirib.

Daha çox göstər
Back to top button