
Almaniyalı hüquq müdafiəçisi, Avropa Parlamentinin almaniyalı deputat Martin Zonebornin ofisinin rəhbəri və siyasi müşaviri Dastin Hofman hesab edir ki, Avropa İttifaqının Ermənistana dəstək vermək üçün böyük məsuliyyəti var. O, Fransanın bununla bağlı fəaliyyət göstərdiyini və Ermənistanın müdafiə qabiliyyətinin inkişafında köməklik göstərdiyini vudrğuladı. Hofman ümid edib ki, Almaniya da mövqeyini dəyişəcək.
“Ermənistan Rusiyanı tərk etdiyi üçün Aİ-nin Ermənistanı dəstəkləmək üçün böyük məsuliyyəti var. Fransanın Ermənistana lazımi müdafiə imkanları ilə kömək etmək üçün hərəkət etməsini görmək çox xoşdur. Böyük ümidim var ki, Almaniya da Cənubi Qafqazla bağlı siyasətini dəyişəcək. Almaniyanın 1915-ci ildə Erməni Soyqırımında oynadığı rolun nəticəsi olaraq, növbəti eskalasiyanın qarşısını almaq üçün böyük mənəvi məsuliyyət var”,- o vurğualdı.
Almaniyanın xarici işlər naziri Analena Berbokun Ermənistana gözlənilən səfərinin məqsədlərinə toxunan Hoffmann qeyd edibki, keçmişdə Almaniyanın Cənubi Qafqazdakı xarici siyasəti əsasən Azərbaycan üçün faydalı idi.
“Azərbaycan tez-tez hərbi güc tətbiq etsə də, Almaniya Bakı rejimi ilə iqtisadi əlaqələri dərinləşdirdi. İndi İran və Türkiyə kimi qonşu dövlətlərin də iştirak edə biləcəyi regional münaqişə riski yarandıqda, belə bir gərginlik Almaniyanın maraqlarına uyğun deyil, çünki bu, regionun sabitliyini təhdid edir”.
Almaniyanın xarici siyasət gündəmində Ermənistanın və Dağlıq Qarabağda baş verən proseslərin hansı yeri tutması sualına cavab olaraq Hofman qeyd edib ki, əvvəllər Almaniyanın Cənubi Qafqazdakı xarici siyasəti dəyərlərə deyil, daha çox iqtisadi maraqlara söykənirdi.
“Xanım Burbok aylarla Azərbaycanın Dağlıq Qarabağı blokadaya alması ilə bağlı şərh vermədi və bunu edəndə artıq gec idi”, – Dastin Hoffman vurğulayıb.
Hofman Almaniya xarici işlər nazirinin BMT-dəki bəyanatını də tənqid edib. Onun sözlərinə görə, Azərbaycanın Dağlıq Qarabağa qarşı belə amansız hücumundan sonra belə bir bəyanat yersiz idi.
Azərbaycana qarşı sanksiyalardan danışan Hofman qeyd edib ki, sanksiyalar real deyil, çünki bu məsələdə Aİ-də yekdil fikir yoxdur. O, həmçinin bəyan edib ki, Aİ-nin Cənubi Qafqazla bağlı xarici siyasəti iflasa uğrayıb.
Hoffman həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyeni Azərbaycanla qaz tədarükünün artırılması ilə bağlı sazişə görə tənqid edib.







