BaşlıcaEkonomikaİctimaiyyət

“Ermənistan-Gürcüstan” elektrik verilişi xəttinin sürətlə tikintisinə əhəmyyət verirlib

ER iqtisadi və texnoloji inkişaf naziri Qnel Sanosyan KfW Almaniya İnkişaf Bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə direktoru Veronika Qarsia del Arkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı enerji və su sektorunda əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Nazir Sanosyan KfW ilə əməkdaşlıq çərçivəsində Ermənistan üçün həyati əhəmiyyət kəsb edən infrastrukturların tezliklə inşaasının vacibliyini vurğulayıb. Xüsusilə, “Ermənistan-Gürcüstan” elektrik verilişi xəttinin sürətlə tikintisi xüsusi olaraq vurğulanıb.

“Biz çevik olmalıyıq və planın həyata keçirilməsinə gətirib çıxaracaq qərarlar qəbul etməliyik. Bu infrastrukturun qurulması bizim üçün vacibdir”, – deyə nazir vurğulayıb.

Görüş zamanı həmçinin su sektoru layihələrində mühüm irəliləyişlərin əldə edilməsinin zəruriliyi vurğulanıb.

Daha çox göstər
Back to top button