BaşlıcaSiyasətTəhlil

Ermənistanın xarici siyasət sahəsində əsas strategiyası mümkün hücumlarının qarşısını almaq olmalıdır

“Lemkin Soyqırımının Qarşısının Alınması İnstitutu”nun yaxın günlərdə və həftələrdə Azərbaycanın Ermənistana təcavüzü ehtimalı ilə bağlı açıqlaması bir çox təhlillərə səbəb olub. ABŞ Dövlət Departamenti də bu məsələyə toxunub. Dövlət Departamentinin nümayəndəsi Vaşinqtonun Ermənistanın suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bildirib və bu suverenliyin və ərazi bütövlüyünün hər hansı pozulmasının ciddi nəticələrə səbəb olacağını bir daha təsdiqləyib.

Politoloq Hrant Mikayelyan Lemkin İnstitutunun bəyanatına toxunaraq qeyd edib ki, çox vaxt bu ölkədəki əhval-ruhiyyəni aydınlaşdırmaq üçün müəyyən mesajlar verilir. ABŞ bəyanatına caba olaraq isə ekspert vurğualdı ki, Formal olaraq bu, düzgün bəyanatdır, amma sual ondan ibarətdir ki, Azərbaycan hücumunun qarşısını almaq üçün dövlət departamentinin əlində nə qədər və hansı alətlər var?

Dövlət Departamentinin bəyanatında bildirilir ki, onlar vəziyyəti daim izlədikləri üçün güc tətbiqinə qarşı çağırışlarına məhəl qoyulmayacağını gözləyirlər. Həmçinin qeyd olunub ki, Ermənistan ABŞ-ın yaxın tərəfdaşı və dostudur, Ermənistanın siyasi və iqtisadi təhlükəsizliyini gücləndirmək üçün Ermənistan hakimiyyəti ilə birgə işləməyə çalışacaqlar.

Politoloq Ara Poqosyan qeyd edib ki, Amerikanın bu ritorikasında açıq-aşkar dəyişikliyi müşahidə olunur.

“Əvvəlki xəbərdarlıqlarla müqayisə etsək, bu, ritorikada müəyyən dəyişiklikdir. Əvvəlki reaksiyaların hamısı tərəflərə bərabərlik işarəsi qoymaq prinsipi üzərində qurulmuşdu və ya ən azından kontekst belə idi. İndi ünvanlı bir qiymətləndirmə görürük”.

Lemkin İnstitutu qeyd edir ki, Azərbaycan uzunmüddətdir ki, Syunik rayonu istiqamətində müəyyən ambisiyalarını həyata keçirmək istəyir.

Politoloq Ara Poqosyan işğal riskini görür, eyni zamanda İranın təzyiqi altında Azərbaycanın panislamizasiya zonasında qalacağını və İsrailə qarşı gedəcəyini istisna etmir.

“Hücumun həftələr, aylar və ya illər ərzində baş verməsindən asılı olmayaraq, Ermənistanın xarici siyasət sahəsində əsas strategiyası bu hücumun qarşısını almaq olmalıdır və bəli, beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır, mən sadəcə olaraq beynəlxalq ictimaiyyətin bu işdəki hərəkətlərinə inanmıram”,- Hrant Melikyan bildirdi.

Daha çox göstər
Back to top button