BaşlıcaSiyasət

Zaxarova : “Moskva yaxın vaxtlarda Rusiya, Ermənistan və Azərbaycan Xİ nazirlərinin görüşünü təşkil etməyə hazırdır”

Biz yalnız Bakı ilə Yerevan arasında gərginliyin aradan qaldırılmasına töhfə verə biləcək istənilən əlaqəni alqışlayırıq.

Bu haqda  Rusiya Xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Azərbaycan liderlərinin Gürcüstanda keçirilən görüşünü şərh edərkən deyib.

“Biz tərəflər və ümumilikdə region üçün faydalı olan hər şeyi alqışlayırıq. Biz öz tərəfimizdən ondan çıxış edirik ki, ikitərəfli münasibətlərin tənzimlənməsi üçün yol xəritəsi 2020-2022-ci illərdə qəbul edilmiş üçtərəfli sazişlər kompleksi olaraq qalır.

Bura iki ölkə arasında sülh müqaviləsinin imzalanması, blokadanın götürülməsi, Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin blokadasının götürülməsi, sərhədlərin demarkasiyası və s. daxildir.

Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək” – deyərək Zaxarova bildirib.

Daha çox göstər
Back to top button