Başlıcaİctimaiyyət
AİB ölkələrindən Ermənistana gələn turistlərin sayında artım 65 faiz təşkil edib

2023-cü ildə AİB-ə üzvlük baxımından Ermənistanda bir sıra sahələrdə müsbət dəyişikliklər baş verib.
Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan parlamentin daimi komissiyalarının birgə iclasında dövlət büdcəsi haqqında qanun layihəsinin ilkin müzakirələri zamanı bildirib.
“İlk 9 ayda AİB ölkələrindən gələn turistlərin artımı təxminən 65 faiz təşkil edib, bizim turizmin artımı isə bir qədər azdır, yəni AİB-dən gələn turistlərin sayında mütərəqqi artım var”, – Kerobyan bildirib.
Rusiyadan Ermənistana fiziki şəxslər tərəfindən pul köçürmələrinin həcmi də artıb. Nazirin sözlərinə görə, yanvar-avqust aylarında ümumi pul köçürmələrinin artımı 31,3 faiz təşkil edib.







