BaşlıcaSiyasət

ER SQ BQ rəisi ABŞ-ın Avropa Komandanlığının qərargahında olub: Ermənistan-Amerika hərbi əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə edilib

Noyabrın 1-3-də ABŞ-ın Avropa Komandanlığının dəvəti ilə Ermənistan Respublikası müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan ABŞ-ın Avropa Komandanlığının Ştutqartda yerləşən qərargahında olub. Bu barədə ER Müdafiə Nazirliyi məlumat yayıb.

“Noyabrın 3-də ABŞ-ın Avropa Komandanlığı komandanının müavini general-leytenant Stiven Başam ilə görüş keçirilib.

Görüş zamanı Ermənistan-Amerika hərbi əməkdaşlığının inkişafı ilə bağlı məsələlər müzakirə olunub.

General-leytenant Edvard Asryan ER Silahlı Qüvvələrində aparılan islahatların təfərrüatlarını və bu islahatlar zamanı ABŞ-dan gözlənilən dəstəyi təqdim edib.

General-leytenant Stiven Başam ABŞ-ın cari əməkdaşlıq proqramlarını dəstəkləməyə davam etməyə, eləcə də bir sıra sahələrdə əməkdaşlığın yeni istiqamətlərinə start verməyə hazır olduğunu bildirib.

Regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə olunub”, – deyə məlumatda qeyd edilib. 

Daha çox göstər
Back to top button