
Belə çıxır ki, hətta beynəlxalq platformalarda tərəfdaşlarla ünsiyyət qurmaq Rusiya tərəfindən nümayişkaranə anti-Rusiya jesti kimi dəyərləndirilir. Ermənistan heç kimlə ünsiyyət qurmamalı, başqa platformada iştirak etməməli, heç kimə salam belə verməməlidir. Bu barədə ER parlamentin spikeri Alen Simonyan şəxsi Telegram kanalında yazıb.
“Bunlar, bəlkə də, “doğru müttəfiq” ideyalardır.
Ermənistan həmişə ontoloji cəhətdən “müttəfiqdən” asılı olmalıdır, Ermənistan həmişə qorxmalıdır ki, “müttəfiq” olmasa, onu öldürəcəklər, o qorxu, qılınc həmişə erməninin başından asılmalıdır ki, müttəfiqi olsun.
P.S. Bəs maraqlıdır ki, məsələn, Ermənistanla aktiv müharibə vəziyyətində olan Azərbaycana milyardlarla dollarlıq silah satmaq və Ermənistanla bağlanmış müqavilələrdə üzərinə götürdüyü öhdəlikləri açıq şəkildə yerinə yetirməmək, nədir?”.







