BaşlıcaBeynəlxalq

İsrail-Fələstin hərəkətləri enerji bazarına necə təsir edə bilər?

SHARQ Analytics Rusiya Beynəlxalq Əlaqələr Şurasının Qəzza əməliyyatının qlobal yanacaq-enerji kompleksinə təsiri ilə bağlı məqaləsini təqdim edir. Məqalədə qeyd olunur ki, regionda münaqişənin mümkün kəskinləşməsinin nəticələri qlobal enerji bazarına əhəmiyyətli dərəcədə təsir edə bilər.

Eskpertlər qeyd edirlər ki, əsas narahatlıq enerji daşıyıcılarının dünya bazarına çatdırılmasında mümkün fasilələrlə bağlıdır. Əsas amillərdən biri də neftin nəqlində mühüm rol oynayan Süveyş kanalıdır. Münaqişə səbəbindən kanalın bağlanması neftin qiymətinin əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq, bu da Avropa İttifaqı iqtisadiyyatına zərbə vuracaq. Ola bilsin ki, Aİ ölkələri Rusiya neftinin idxalına qoyulan məhdudiyyətləri qismən aradan qaldırmalı olacaqlar.

Bundan başqa, münaqişənin gərginləşəcəyi halda Qərbdən İrana ciddi təzyiqlər Tehranı Hörmüz boğazını bağlamağa məcbur edə bilər. Bu boğaz dünya enerji bazarının ən mühüm nəqliyyat arteriyasıdır və Fars körfəzini Hind okeanı ilə birləşdirir. Onun bağlanması neft və qaz tədarükünə, eləcə də bu resursların qlobal ticarətinə ciddi təsir göstərə bilər.

Regionda vəziyyətin pisləşməsi və İrana təzyiq həm də Tehranı Birgə Hərtərəfli Fəaliyyət Planından çıxmağa və nüvə proqramını yenidən başlamağa məcbur edə bilər.

Bu, beynəlxalq münasibətlərdə gərginlik yarada və qlobal nüvə təhlükəsizliyi vəziyyətini gərginləşdirə bilər. Bundan əlavə, münaqişənin miqyasını nəzərə alsaq, 1973-cü il Ərəb-İsrail müharibəsindən sonra baş verənlərə bənzər neft embarqosu və ya neft və qaz təchizatına məhdudiyyətlər də ola bilər.

Daha çox göstər
Back to top button