
Rusiya hökuməti Baş nazirinin müavini Aleksey Overçuk Səmərqənddə Veronada keçirilən XVI Avrasiya İqtisadi Forumu çərçivəsində Rusiya, Ermənistan və Azərbaycan üçtərəfli işçi qruplarının nəqliyyat əlaqələrinin və sərhədlərin açılması ilə bağlı işini şərh edib.
“Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası ikitərəfli məsələdir. Həmsədrlər isə Ermənistan və Azərbaycan hökumətlərinin Baş nazirlərinin müavinləridir.
O ki qaldı Rusiya Federasiyasının bu prosesdə iştirakına və roluna, biz hər zaman dəstək göstərməyə hazırıq.Biz daima sənədlər təqdim etməyə, kartoqrafiq sənədlər də daxil olunmaqla hansı ki, Rusiyada mövcuddur dəstəkləməyə hazırıq.
Komunikasiya blokunun açılmasına gəlincə, rəsmi işçi qrupu mövcuddur . Biz sonuncu dəfə iyunun 2-də görüşdük. Meğri dəmir yolunun tikintisinin başlanması ilə bağlı əhəmiyyətli birgə bəyanatın mətni də böyük ölçüdə hazırdır.
Yolun özünə gəlincə, bilirsiniz ki, Azərbaycan artıq Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən keçən avtomobil yolunun tikintisinə başlayıb.
Bildiyimiz kimi, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında Ermənistan ərazisindən yan keçməklə İran ərazisindən keçən dəmir yolunun tikintisinə dair memorandum da imzalanıb” – deyə Overçuk vurğulayıb Bu haqda Alpha News məlumatlandırıb.
O, Ermənistanda tikilməkdə olan Şimal-Cənub magistralının tikintisini və onun ümumi Şimal-Cənub dəhlizinin bir hissəsi kimi Rusiya üçün əhəmiyyətini də şərh edib.
“Bu, Ermənistan ərazisindən keçməklə İrandan Gürcüstana çatacaq çox mühüm infrastruktur layihəsidir. Və təbii ki, Yuxarı Larsı nəzərə alsaq, Şimal-Cənub dəhlizimizdə də çox mühüm rol oynayacaq. Biz buna əminik”- deyə bu haqda RF Baş nazirinin müavini qeyd edib.







