BaşlıcaSiyasət

“Zəngəzur dəhlizi” yaxın 100 ildə İran üçün təhlükə yaradacaq”

İranda siyasi qərarların qəbuluna təsir edən ən nüfuzlu ekspertlər ardıcıl olaraq deyirlər ki, Tehran heç bir halda “Zəngəzur dəhlizi”nin açılmasına icazə verməməlidir, çünki bu, İranın qarşıdakı 100 ildə gələcəyi üçün təhlükə yaradacaq.

Onlar Ermənistan sərhədinin toxunulmazlığını İranın uzunmüddətli inkişafının açarı hesab edirlər. Bu haqda  İran parlamentinin üzvü Robert Beqlaryan jurnalistin “Güc faktoru” verlişi efirində deyib.

Onun müşahidəsinə görə, “Zəngəzur dəhlizi” deyilən yol Bakı və Ankara üçün strateji əhəmiyyət kəsb edir, ona görə ki, Ermənistan zəifdir və güzəştlər əldə oluna bilər.

Deputat qeyd edib ki, Türkiyə və Azərbaycan müxtəlif bəyanatlarla İranın mövqeyini yumşaltmağa çalışırlar, lakin Tehran bu təhlükənin olduğunu əla bilir.

“İranın regionda sərhəd dəyişikliyinin yolverilməzliyi vurğusu dəyişməyib, lakin vəziyyət çox sürətlə dəyişir, çox şey bağlı qapılar arxasında müzakirə olunur.

Ermənistan Şimala və Qara dənizə çıxış baxımından İran üçün əsas əhəmiyyət kəsb edir. İnkişaf qaynaqlardan və vəziyyətdən asılıdır, lakin müəyyən məqamlarda önəmliklər  müvəqqəti olaraq dəyişə bilər. Qəzza zolağında baş verən hadisələrin məhz belə bir vəziyyət yarada bilməsi təhlükəsi var” – deyə o vurğulayıb.

Onun sözlərinə görə, Qarabağ məsələsinin baş verdiyi formada həlli, eləcə də kənar ifaçıların aktivləşməsi İranı öz mövqeyini, o cümlədən “3+3” formatında aydınlaşdırmağa vadar edib.

“Türkiyənin NATO üzvü kimi regionda ənənəvi fəaliyyəti İran üçün hər zaman həssas məsələ olub. Qərbin Türkiyə vasitəsi ilə bölgədə mövcudluğu, eləcə də Rusiyanın bölgədə mövqelərinin zəifləməsi İranı fəallaşmağa vadar edib.

Odur ki, İran daha da fəallaşmağa məcbur edilib. Tehran regional problemlərin həllində “3+3” formatının ciddi rol oynamasında maraqlıdır.

Amma hər ölkənin öz maraqları var.Biz görürük ki, Gürcüstan ümumiyyətlə iştirakdan imtina edir, Rusiya Ukrayna problemi ilə məşğuldur və Türkiyə və Azərbaycan müəyyən dividendlər alacaq.

 Türkiyə NATO-nun təmsilçisidir, Azərbaycan isə müxtəlif sətirlərdə oynayır.Bu mənada “3+3” formatı ancaq deklorativ məna daşıya bilər” –  deyərək Beqlaryan yekunlaşdırıb.

Daha çox göstər
Back to top button