2024-cü il yanvarın 1-dən yeni pensiya hesablama formulasına start veriləcək

Yeni pensiya hesablama formulası 2024-cü il yanvarın 1-dən tətbiq ediləcək. Bu barədə nazir Narek Mkrtçyan Ermənistan Parlamentinin2024-cü il büdcə ayırmalarını təqdim edərkən deyib.
“Minimum pensiya anlayışı ləğv ediləcək, pensiya əsas pensiyadan ibarət olacaq və ona stajln hər bir ilinin dəyərləri əlavə olunacaq. Daha uzun stajını həvəsləndirəcək, beləliklə, işi həvəsləndirəcək bir amil də olacaq.
Bundan əlavə, biz yaşlı nəslin nümayəndələrini əmək bazarında fəal saxlamaq üçün Parlamentin dəstəyi ilə qanuna dəyişiklik etdik və buna görə də pensiya yaşı işəgötürənin müqaviləni ləğv etməli olduğu həddi deyil. Başqa sözlə, əgər yaşlı nəslin nümayəndələrinin dəyər yaratmaq qabiliyyəti hələ də varsa, onlar əmək bazarında fəallığını davam etdirəcəklər”, – deyə nazir bildirib.
Narek Mkrtçyan onu da vurğulayıb ki, pensiya yaşının ən azı 1 il ertələnməsi və müqabilində daha yüksək pensiya alınmasının yeni könüllü mexanizmi olacaq ki, bu da yaşlı nəslin nümayəndələrini əmək bazarında daha uzun müddət qalmağa həvəsləndirmək, bununla da əmək bazarında daha çox işləməyi təmin etməkd məqsədi daşıyır.







