BaşlıcaSiyasət

Avropa Parlamentində “Artsax ermənilərinin hüquqları və Avropa İttifaqı” adlı konfrans keçiriləcək

Avropa Parlamentinin kiprli üzvü Kostas Mavridesin dəvəti ilə Hay Dat Avropa Ofisinin və “Avropalılar Artsax naminə” təşəbbüsünün əməkdaşlığı nəticəsində noyabrın 7-də Avropa Parlamentində “Artsax ermənilərinin hüquqları və Avropa İttifaqı” adlı konfrans keçiriləcək.

Konfransa beynəlxalq səviyyədə tanınmış məruzəçilər dəvət olunub. Xüsusilə, Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş baş prokuroru Luis Moreno Okampo, Lemkin adına Soyqırımın Qarşısının Alınması İnstitutunun həmtəsisçisi və hüquqi məsələlər üzrə direktoru Viktoriya Massimino və beynəlxalq hüquq üzrə mütəxəssis Qarnik Kerkonyan dəvətlilər arasındadır. Onlar Artsaxda baş verən son hadisələrə və Artsaxın yerli erməni əhalisinin hüquqlarına toxunacaqlar.

Konfransın məqsədi yaranmış vəziyyətdən çıxış yollarını müzakirə etməkdir. Konfransdan əvvəl Brüsseldə konfransın spikerləri və Hay Dat Avropa ofisinin sədri Qaspar Karapetyanın iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransına Avropa ölkələrində fəaliyyət göstərən medianın müxbirləri və ayrı-ayrı jurnalistlər, həmçinin Avropanın beyin mərkəzlərinin nümayəndələri dəvət olunub.

Daha çox göstər
Back to top button