BaşlıcaSiyasət

Azərbaycan XİN Ermənistandan ultimatum şəklində 8 kənd tələb edir

Azərbaycanın Xarici İşlər Nazirliyi ultimatum şəklində Ermənistandan “işğal olunmuş” 8 kənd tələb edir.

APA-nın xəbərinə görə, noyabrın 9-u münasibəti ilə verilən bəyanatda əmin olunur ki, “Ermənistan yenə də sülh sazişi istiqamətində danışıqlara maneçilik törətmək, hərbi-siyasi təxribatları və mina təhdidini davam edərək sülh prosesini, vətəndaşlarımızın həyatını, regiondakı bərpa və yenidənqurma işlərini təhdid altına almaqda davam etmək yolunu seçdi. Ermənistan tərəfi bununla yanaşı, öhdəliklərinə zidd olaraq, bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan erməni silahlı qüvvələrini nəinki Azərbaycan ərazilərindən çıxarmadı, onlara maddi və maliyyə dəstəyini davam etdirdi, Azərbaycan ərazilərinə qanunsuz olaraq silah, hərbi texnika və mina ötürülməsi fəaliyyətindən əl çəkmədi. Ermənistan həmçinin hələ də işğal altında olan 8 Azərbaycan kəndini Azərbaycana təhvil vermədi”.

Daha çox göstər
Back to top button