İctimaiyyət

Ermənistanda artıq tibbi sığorta sisteminin tətbiqi konsepsiyası qəbul edilib

Ermənistanda artıq tibbi sığorta sisteminin tətbiqi konsepsiyası qəbul edilib. Bu barədə noyabrın 6-da Səhiyyə Komitəsinin sədri Narek Zeynalyan məlumat verib.

Onun sözlərinə görə, tibbi sığorta sisteminin tətbiqi 2024-cü ilə nəzərdə tutulub. Plana görə, 2026-cı ildə başa çatdırılmalıdır.

“Yəni, tibbi sığorta sistemi 2026-cı ildə tam fəaliyyət göstərəcək”, -o vurğuladı.

Zeynalyanın qeyd etdiyi kimi, sistemin mərhələli şəkildə tətbiqi planlaşdırılır. Layihənin ortamüddətli xərcləri artıq hesablanıb və planlaşdırılıb.

Daha çox göstər
Back to top button