Başlıcaİctimaiyyət
Rumıniya polisi azərbaycanlı üçün axtarış elan edib

Bazar ertəsi, noyabrın 6-da səhər saatlarında Polis Baş Müfəttişliyi Kişinyov hava limanının steril zonasına buraxılmadıqdan sonra qaçan azərbaycanlı üçün axtarış elan edib.
Bildirilir ki, bütün hüquq-mühafizə orqanları səfərbər edilib və ötən gecə Moldova ərazisinə qanunsuz daxil olmuş əcnəbi vətəndaşın tapılaraq saxlanılması istiqamətində tədbirlər görülür.
Axtarışda olan şəxsin milliyyətcə azərbaycanlı olduğu və 38 yaşı olduğu məlum olub.
Onun Moldova ərazisinə qanunsuz daxil olmasından dərhal sonra polis mənsub olduğu ölkəylə məlumat mübadiləsinə başlayıb.







