ArtsaxBaşlıcaİctimaiyyət
Dağlıq Qarabağdan məcburi köçkün düşmüş 104 mindən çox insan artıq birdəfəlik maddi yardım alıb

104 min 200 benefisiar Dağlıq Qarabağdan məcburi köçkünlərə verilən 100 min dramın birdəfəlik dəstəyini alıb.
“Armenpress”in məlumatına görə, bu barədə ER əmək və sosial məsələlər naziri Narek Mkrtçyan “Humanitar Mərkəz”də keçirilən mətbuat konfransında bildirib və qeyd edib ki, onlardan 75 min 725 nəfəri böyüklər, 28 min 475 nəfəri isə yetkinlik yaşına çatmayanlardır.
Onun sözlərinə görə, noyabr ayı üçün müraciətlər bu gündən etibarən işə salınmış elektron platformada verilə bilər və məlumatlar işləndikdən sonra cari ayın ödənişlərinə başlanılacaq.
“Müəyyən məlumat bazaları var ki, biz onları inkişaf etdiririk və yaxın gələcəkdə oktyabr ayı üçün ödənişləri yekunlaşdıracağıq”, – Mkrtçyan vurğulayıb.







