
ER Armavir bölgəsinin “Markara” gömrük məntəqəsində tikinti işləri yekunlaşmaq üzrədir. Məlumatı “ jurnalistin yazılı sorğusuna cavab olaraq ER Dövlət Gəlirlər Komitəsi (DGK)yayıb.
Oktyabrın sonunda ER Baş naziri Nikol Paşinyan xüsusi nümayəndələrin müzakirələri və danışıqları nəticəsində Ermənistan və Türkiyə arasında əldə olunmuş razılaşmaların yaxın gələcəkdə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
O, qeyd edib ki, söhbət Ermənistan-Türkiyə sərhədinin üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılmasından gedir.
Paşinyan vurğulayıb ki, razılaşmalarla yanaşı, sərhəd infrastrukturu baxımından da mühüm işlər görülüb, Markara keçid məntəqəsi yenidən təchiz edilib.
Keçid məntəqəsində hansı işlərin görüldüyünü öyrənmək üçün journalist DGK-nə müraciət edib.
“Layihə-smeta sənədləri ilə nəzərdə tutulmuş tikinti işləri başa çatmaq üzrədir. Gömrük nəzarəti və nəzarət funksiyalarının həyata keçirilməsi naminə zəruri olan binalar və tikililər inşa olunub”- deyərək komitədən bildirilib.
Qeyd olunur ki, hazırda daxili bəzək işləri, mühəndis kommunikasiyalarının quraşdırılması və təkmilləşdirilməsi işləri aparılır.
Bundan öncə DGK keçmiş gömrük binasının fəaliyyət göstərmədiyi barədə məlumatlandırmışdı.
Xatırladaq ki, 2023-cü ilin yazında Markara kənd keçid məntəqəsinin ərazisi ER Dövlət gəlirləri komitəsinin idarəçiliyinə verilib.
Mayın sonunda komitə “Arbak and Sons” MMC ilə “Markara” gömrük postunun tikintisi üçün layihə-smeta işlərinin hazırlanması ilə bağlı müqavilə imzalayıb.
Layihəylə birmərtəbəli xidmət zalı, yüklərin hazırlanması üçün 2 köşk, növbəli istirahət üçün 2 köşk, birmərtəbəli gömrük baxışı binası, dayanacaqlar, platformalar, daxili yollar, 2 keçid məntəqəsi və birmərtəbəli anbar tikintisi nəzərdə tutulubdur.







