Başlıcaİctimaiyyət
Ermənistana gələn turistlərin sayı ötən illə müqayisədə 48 faizdən çox artıb

Cari ilin yanvar-sentyabr aylarında Ermənistana ötən ilin müvafiq dövründəki 1 milyon 239 min 394 əvəzinə 1 milyon 839 min 4 turist gəlib.
ER Statistika Komitəsi beynəlxalq turizmin 2023-cü ilin 9 aylıq göstəricilərini təqdim edib.
Mənbənin məlumatına görə, hesabat dövründə turistlərin sayı əvvəlki illə müqayisədə 48,4 faiz artıb.
Coğrafiyaya görə, 2023-cü ilin 9 ayı ərzində Ermənistana gələn turistlərin sayında Ermənistana gələn turistlərin sayında birinci yeri Rusiya (ümumi turistlərin 50,7 faizini (931 min 695 nəfər) təşkil edir), ikinci yeri Gürcüstan – 10,1 faiz (185 082 nəfər) və İran – 6,3 faiz (116 062 nəfər) tutur.







