
Erməni turizminin potensialı və cəlbediciliyi Londonda keçirilən illik “World Travel Market” sərgisində təqdim olunub. Qeyd olunur ki, noyabrın 6-da səfir Varujan Nersesyan Londonun “Excel” zalında təşkil olunmuş sərginin Ermənistan pavilyonunu ziyarət edib.
“Ermənistanı təmsil edən pavilyon ziyarətçilərə Ermənistan turizmi sahəsi ilə tanış olmaq imkanı verir. Ölkənin turizm potensialı və cəlbediciliyi Ermənistanın Turizm Komitəsi və 8 turoperator tərəfindən təqdim edilib”, – deyə məlumatda qeyd edilib.







