
Ermənistan Respublikasının daxili işlər naziri Vahe Ğazaryan noyabrın 7-də Avropa Şurasının nümayəndə heyətini qəbul edib.
Alınan məlumata görə, ER Daxili işlər nazirliyi bildirir ki, Vahe Ğazaryan Avropa Şurasının nümayəndələrini salamlayaraq, Azərbaycan tərəfindən Dağlıq Qarabağda etnik təmizləmə nəticəsində on minlərlə insanın Ermənistan Respublikasına deportasiyasından sonrakı vəziyyəti təqdim edib..
Daxili işlər naziri Daxili işlər nazirliyinin tabeli xidmətlərində aparılan islahatlardan da danışıb, xüsusilə patrul xidməti və operativ idarəetmə mərkəzinin fəaliyyətə başladığını vurğulayıb.
O, polis sahəsində nəzərdə tutulan qanunvericilik və operativ dəyişiklikləri də xatırladıb ki, bu da polis üçün zəruri təminatların formalaşmasına, o cümlədən polis tərəfindən vətəndaşların hüquqlarının şəffaf və məsuliyyətli şəkildə qorunmasına töhfə verəcək.
Avropa Şurasının nümayəndələri Kimo Kilune və Boriana Aberq qəbula görə təşəkkür edərək, Dağlıq Qarabağdan deportasiya edilmiş 100 minə yaxın insanın qəbulu prosesinin düzgün təşkili istiqamətində Daxili İşlər nazirliyinin gördüyü böyük işləri yüksək qiymətləndiriblər.
İclasda həmçinin kütləvi tədbirlər zamanı polisin fəaliyyəti, polis əməkdaşlarının iştirakı ilə baş vermiş hadisələrin araşdırılması ilə bağlı məsələlər müzakirə olunub.
Tərəflər səmərəli əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər.







