BaşlıcaSiyasət

Gevorq Papoyan: “Dəhliz məsələsi, məncə, Azərbaycan və Türkiyənin gündəmindən kənarda qalıb”

Real danışıqlar görüşlər zamanı deyil, məsləhətləşmə kanalları, sənədlərin ötürülməsi ilə aparılır. Bu haqda  “KP” partiyasının deputatı Gevorq Papoyan, noyabrın 8-də parlamentdə jurnalistlərlə söhbətində son vaxtlar Ermənistan-Azərbaycan danışıqlarında sanki pauza yarandığına toxunaraq bildirib.

“Sonda ölkələrin liderləri toplaşanda, əslində, görülən işləri ümumiləşdirir və müəyyən nəticələrə gəlib bir addım irəli atırlar. Hesab edirəm ki, proses o mənada dayanmayıb.

Ola bilsin ki, aktivlik yoxdur. Bu görüşlər müxtəlif geosiyasi amillərin, o cümlədən ərəb-İsrail müharibəsinin təsirinə məruz qalmış ola bilər.

Bu, Ermənistan üçün risklər daşıyır, çünki dünyanın diqqətini bu məsələyə yönəldir, lakin qeyd etmək lazımdır ki, sazişin imzalanması ilə bağlı ehtiyatlı optimistlik  hansı ki, 2024-cü ildə sülh razılaşması ilə bağlıdır qalır, çünki ümumiyyətlə, əsas olan məsələlər ətrafında  anlaşmadır” –deyərək o qeyd edib.

Papoyanın sözlərinə görə, sadəcə olaraq anlaşmanın olmadığı yeganə məsələ qondarma dəhliz məsələsi olub.

“Amma mənim təəssüratımla o məsələ ən azı Azərbaycan və Türkiyənin ictimai bəyanatlarından kənarda qalıb. Hətta əksinə, buna ehtiyac olmadığını deyirlər, çünki onlar üçün daha əlverişli olan başqa bir yol tapıblar. Bu, uzun müddət prosesə mane olurdu, çünki bu, Ermənistan üçün qırmızı xəttdir. Güman edirəm ki, Ermənistana oturub yekun mətn üzərində işləməyə heç nə mane olmur. Biz 1974-1975-ci illərin xəritələrinə əsaslanaraq, bildiyimə görə, hər iki tərəfdə yolların demarkasiyası, delimitasiyası, blokunun açılması ilə bağlı razılığa gəlməyə hazırıq” – deyərək “KP”-nin deputatı əlavə edib ki, əgər bu proses davam edərsə, ərazilərin qarşılıqlı tanınması baş verir, Ermənistan sülh müqaviləsinin imzalanmasına heç bir maneə görmür.

Daha çox göstər
Back to top button