BaşlıcaSiyasət

İsveçin Ermənistandakı səfiri Syünik  bölgəsinin sərhədyanı hissəsində olub(Fotolar)

İsveçin Ermənistandakı səfiri Patrik Svensson Syünik  vilayətində olub. Aldığımız məlumata görə, bu barədə İsveçin Ermənistandakı səfirliyi məlumatlandırıb.

“Səfir Svenson Syünik bölgəsinə səfəri zamanı Meğriyə baş çəkib. Səfir yerindəcə Vinet Meğri Qadın Resurs Mərkəzinin nümayəndələri ilə görüşüb, onların Ermənistan və regiondakı fəaliyyəti ilə tanış olub.

Ermənistan-İran sərhədində yerləşən “Meğri” sərhəd-keçid məntəqəsində keçid məntəqəsinin rəhbər heyəti səfiri qəbul edib, buraxılış məntəqəsinin ümumi ərazisi və sərhəd əməliyyatları ilə tanış olub” – deyə məlumatda bildirilir.

Daha sonra səfir Tatevə gedib, burada icmanın rəhbəri Samvel Lalayan və onun komandası yerli vəziyyət və həyata keçirilən inkişaf planlarını təqdim edib.

 İsveç tərəfindən dəstəklənən SALAR İnternational təşkilatının yerli səviyyədə demokratiyanın və yaxşı idarəçiliyin gücləndirilməsinə istiqamətlənən  iş müzakirə olunub.

“Səfərin sonunda səfir Ermənistan-Azərbaycan sərhədində münaqişədən zərər çəkmiş ərazilərdə insan təhlükəsizliyinə yönəlmiş müşahidəçilər missiyasının şahidi olmaq üçün AB-nin Kapandakı missiyasının aparıcı əməliyyat bazasında patrul turuna qatılıb”- deyərək mesajda  qeyd olunub.

Daha çox göstər
Back to top button