Fransalı jurnalistlər Dağlıq Qarabağla bağlı məqalələrinə görə mükafat qazanıblar

Fransalı jurnalistlər Pyer Sautreil və Tomas Qişar “Dağlıq Qarabağın itirilmiş rəsmləri: “Mühacirətdə yaşayan erməni ailəsinin izi ilə” sərlöhvəli məqaləyə görə mükafata layiq görülüblər.
Bu barədə X sosial platformasında “La Croix” jurnalının nəşrinə istinadən xəbər verilir.
Yazıya görə, “La Croix Hebdo” jurnalında Dağlıq Qarabağ mövzusunda dərc olunmuş məqalə Fransada və xaricdə jurnalistikaya dəstək verən Varen Fondu tərəfindən “Gənc Jurnalistlər Mükafatı”na layiq görülüb.

Məqalənin həmmüəllifi Pyer Sautreil sosial şəbəkədəki X səhifəsində mükafata görə təşəkkür bildirib.
“Mən dostum Tomas Giçardla Dağlıq Qarabağın itirilmiş rəsmləri mövzusunda apardığım və may ayında “La Croix Hebdo”da dərc olunmuş araşdırmaya görə mükafat aldığım üçün olduqca şadam”- deyərək o, yazıb.








