
Hazırda Ermənistanla Azərbaycan arasında hər hansı yüksək səviyyəli görüş barədə razılıq yoxdur.
Bunu jurnalistlərlə keçirdiyi brifinqdə xarici işlər nazirinin müavini Vahan Kostanyan danışıqların dalana dirənib-keçməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Hazırda konkret görüşlə bağlı razılıq yoxdur. Liderlər səviyyəsində görüş baş tutmayıb, lakin vasitəçilər yeni görüşün təşkili üçün müəyyən işlər görürlər. Yeni görüşün baş tutmasını gözləyirik. İndiki məqamda görüşün səviyyəsi, yeri və vasitəçisi barədə danışmaq çətin olacaq”, – Kostanyan bildirib.







