BaşlıcaBeynəlxalq

The Guardian: “British Petroleum layihələri Azərbaycanın Artsaxa qarşı hərbi təcavüzünü maliyyələşdirməyi dəstəkləyib”

British Petroleum-un (BP) Azərbaycandakı yanacaq layihələri Artsax (Dağlıq Qarabağ) ermənilərinə qarşı hərbi təcavüzü maliyyələşdirməyi dəstəkləyib.

The Guardian-ın məqaləsinə  əsasən, 2020-ci ildən BP Bakını təxminən 35 milyard dollar (28,6 milyard funt sterlinq) dəyərində neft və qazla təmin edib.

Böyük Britaniyanın neft şirkəti tərəfindən idarə olunan iki böyük neft və qaz layihəsində Azərbaycanın payı 2020-ci ildən bəri hərbi xərclərin 4 dəfədən çox artmasına kömək edib.

Global Witness təşkilatının yüksək səviyyəli fəalı Dominic Eagleton qeyd edir ki, BP-un Əliyevlər “diktaturası” ilə uzunmüddətli tərəfdaşlığı Azərbaycanın militarizasiyasını və Ermənistana qarşı təcavüzü maliyyələşdirib.

“BP qazma işlərini davam etdirməkdən məmnun idi, çünki o, Rusiyada buraxdığı tarixi səhvdən heç nə öyrənməyib”-deyərək  o qeyd edib.

“Qəddar diktatorları maliyyələşdirmək həmişə pis strategiyadır”-deyə İqlton  əlavə edib.

Qeyri-hökumət təşkilatının təhlili göstərib ki, Azərbaycanın ən böyük xarici investoru olan BP-dən iqtisadi asılılığı dolayısı ilə Azərbaycanın “mübahisəli regionda” etnik ermənilərə qarşı hərbi təcavüzünün maliyyələşdirilməsinə kömək edib və bu, sentyabr ayının başlanığıcınndan  100 mindən çox insanın ərazini tərk etməyə məcbur edib.

Qeyd olunur ki, BP-nin keçən həftə üçüncü rübdə gözləniləndən 3,3 milyard dollar, keçən ilin eyni aylarındakı 8,2 milyard dollarla müqayisədə daha zəif mənfəət əldə etdiyi bildirildi və bu, zəif səhm qiymətinin və direktorlar şurasında yaşanan qarışıqlığın şirkəti satın almasına səbəb ola biləcəyi ilə bağlı müzakirələri gücləndirdi.

BP nümayəndəsi bildirib ki, “şirkət artıq üç onillikdir ki, Azərbaycanda fəaliyyət göstərir və əvvəlki kimi regionda təhlükəsiz, etibarlı və sabit enerji biznesini idarə etməyə  cəhd edir”.

1990-cı illərdə BP ilə Azərbaycan hökuməti arasında imzalanmış müqaviləyə əsasən, neft şirkəti bu layihələr nəticəsində hasil etdiyi qalıq yanacağın bir hissəsini dövlətə ötürməyə borcludur.

Xarici şirkətlər və ev sahibi dövlət arasında qalıq yanacaq layihələrinin inkişaf etdirilməsi riski və mənfəətinin bölünməsi vasitəsi kimi bu cür sazişlər neft və qaz sənayesində geniş yayılmışdır.

BP-un maliyyə hesabatı göstərir ki, 2020-ci ildən bəri o, dünya bazarında Bakını təxminən 35 milyard dollar dəyərində neft və qazla təmin edib.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, bu məbləğ hökumətin eyni dövr ərzində 7,9 milyard dollara çatan hərbi xərclərindən dörd dəfə artıqdır..

“Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və ümid edirik ki, yekun həll yaxın gələcəkdə tapılacaq”- deyə BP nümayəndəsi bəyan edib.

Daha çox göstər
Back to top button