
Azərbaycanla danışıqlarda Ermənistan üçün sərhədin dəqiqləşdirilməsi məsələsi prinsipial olaraq qalır.
“Bizim üçün sərhədin dəqiqləşdirilməsi məsələsi fundamental olaraq qalır. Azərbaycanla münasibətlərin tənzimlənməsi üçün mümkün sənədin təməl daşı iki ölkə arasında sərhədin müəyyən edilməsi olmalıdır. Mühüm məsələlərdən biri blokadanın ləğvi prosesinin dörd prinsipinin qeyd edilməsi olaraq qalır ki, onlar da Qranada Bəyannaməsində qeyd olunur. Mübahisələrin dəqiq həll mexanizminin yaradılması da mühüm əhəmiyyət kəsb edəcək”,- o vurğuladı.
Onun sözlərinə görə, Ermənistan Respublikası Azərbaycanla münasibətlərin tənzimlənməsinə dair sazişin bağlanmasında maraqlı olmaqda davam edir.







