
Ermənistan tərəfi yaxın aylarda Brüsseldə keçirilən danışıqlarda razılaşdırılmış üç prinsip əsasında Azərbaycanla sülh müqaviləsi imzalamağa ümid edir.
Aldığımız məlumata görə, bu haqda ER Baş naziri Nikol Paşinyan Parisdə keçirilən “6-cı Sülh Forumu”nun panel müzakirəsi zamanı yuxarıda qeyd olunan üç əsas prinsipə toxunaraq deyib.
“Prinsip №1: Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü və süverenliyini o əqidə üzərinə əsaslanmaqla ki, Ermənistan ərazisi 29,800 kv.km, Azərbaycan ərazisi isə 86,800 kv.km ərazisi olduğunu tam olaraq tanıyır.
Prinsip № 2: Ermənistan və Azərbaycan demarkasiya üçün siyasi çərçivə olaraq 1991-ci il Alma-Ata Bəyannaməsinə qeyd-şərtsiz sadiqliklərini təsdiq edirlər.
Məlumat üçün bildirək ki, Alma-Ata Bəyannaməsi 1991-ci ildə Sovet İttifaqının 12 respublikası tərəfindən dekabrın 21-də imzalanıb.
Həmin bəyannamə ilə keçmiş SSRİ-nin 12 respublikası, o cümlədən Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü, suverenliyini, mövcud inzibati sərhədlərin toxunulmazlığı tanıyır.
Odur ki, də Sovet İttifaqı respublikaları arasında mövcud olan inzibati sərhədlər dövlət sərhədlərinə çevrilir.
Prinsip №3: Bölgədə nəqliyyat və iqtisadi əlaqələri blokdan çıxarmaq naminə gələcək nəqliyyat tədbirləri bütün ölkələrin suverenliyi, yurisdiksiyası, qarşılıqlılığı və bərabərliyi prinsiplərinə hörmətlə yanaşacaq” – deyərək Paşinyan əlavə edib.
ER Baş naziri xatırladıb ki, Azərbaycan prezidenti ilə Brüsseldə aparılan danışıqlar zamanı bu prinsiplər üzrə razılıq əldə olunub və bu razılaşmalar Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişelin iyulun 2013-cü il mayın 14-də və iyulun 15-də keçirilən üçtərəfli görüşlərdən sonra verdiyi bəyanatlarda qeyd olunub.
“Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz da Çarlz Mişel, Olaf Şolz, Emmanuel Makron və mənim imzaladığım Qranada Dördtərəfli Bəyannaməsində ifadə olunduğu kimi bu prinsipləri dəstəklədiklərini bildiriblər.
Və Azərbaycan bu prinsiplərdənimtina etməzsə, bu, yaxın aylarda Azərbaycanla sülh müqaviləsinin imzalanmasının kifayət qədər real olacağı anlamına gəlincək.
Təəssüfflər olsun ki, Azərbaycan prezidenti ötən ay Qranadada keçirilən beştərəfli görüşdə iştirakdan imtina edib. Oktyabrda Brüsseldə planlaşdırılan üçtərəfli görüş baş tutmadı və mən Şarl Mişeldən növbəti görüşə dəvət almadım.
Ümidvaram ki, AB tərəfdaşlarımız öz öhdəliklərinə sadiqdirlər”- deyə ER Baş naziri bəyan edib.







