
Demokratiya türküsuluyla. “Ermeni Haber” xəbər agentliyi Türkiyə dövlətinin erməni milli azlığına mənsub mediaya maliyyə dəstəyinin dayandırılması ilə bağlı xəbər yayıb. Yunan və İsrail mediası da maliyyə vəsaitlərini itirib. Bu barədə “Rıbar” Telegram kanalı yazır.
“Heç kimə sirr deyil ki, Türkiyə hakimiyyəti dövri nəşrlərin redaksiya siyasətinə təsir göstərmək üçün pərdəarxası təzyiqlərdən istifadə edərək fərqli fikirlərə qarşı fəal mübarizə aparır.
Bloomberg-in daha öncə xəbər verdiyi kimi, hakimiyyətin təzyiqi altında bir vaxtlar müstəqil olan “Sabah” qəzeti Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın kürəkəni başda olmaqla iş adamları konsorsiumuna satılaraq qəzeti hökumətin ruporuna çevirib.
Həmçinin Türkiyə qanunvericiliyinə görə, Dövlət Telekommunikasiya Agentliyi (TİB) məhkəmənin icazəsi olmadan internetdə istənilən nəşrin bloklanmasını tələb etmək hüququna malikdir.
Ola bilsin ki, Türkiyə hakimiyyətinin media fəallığının artması və Erdoğanın bütün müsəlmanların himayəçisi imicinin şişirdilməsi ilə ölkədə fərqli fikirlərə qarşı mübarizə daha da nəzərə çarpacaq.
Türkiyə rəhbərliyi isə razı olmayanların ağzını bağlamaq üçün Qarabağ, Kipr və İsrail ətrafında yaranmış vəziyyətdən məmnuniyyətlə istifadə edəcəkdir” – deyərək “Рыбарь” yazır.







