BaşlıcaSiyasət

Bask ölkəsinin parlamentində Dağlıq Qarabağdakı vəziyyətlə bağlı dinləmələr keçirilib

Basklar ölkəsi Parlamentinin Avropa və Xarici Əlaqələr komitəsində Dağlıq Qarabağda olan  vəziyyətlə bağlı dinləmələr keçirilib.

 Dinləmələrdə Ermənistan Ümumi Xeyirxahlar İttifaqının (AGU) üzvü, ispan-erməni hüquqşünas Levon Qriqoryan Ermənistanda və Komitənin tələbi ilə Dağlıq Qarabağda baş verən  vəziyyətlə bağlı məlumat verib.

 Alınan məlumata görə, Qriqoryan bəyan edib ki, insan hüquqlarının müdafiəsi siyasi, mədəni və etnik fərqlilikləri aşan bir məsuliyyətdir.

“Bizim mənşəyimizdən asılı olmayaraq, bizim bu ümumi işdə birləşməyimiz vacibdir. Etnik təmizləmə insan ləyaqətinin və ən əsas hüququn – yaşamaq hüququnun birbaşa pozulmasıdır.

Dağlıq Qarabağ əhalisinin hüquqlarının beynəlxalq müdafiəyə ehtiyacı var. Dağlıq Qarabağın statusu isə Azərbaycanın başladığı müharibə ilə müəyyən edilə bilməz” – deyə vəkil bildirib.

Qriqoryan Azərbaycan hakimiyyətinin törətdiyi bəşəriyyətə qarşı cinayətlərin müstəqil araşdırılmasını müdafiə edərək bildirib ki, bu hakimiyyətlərə qarşı sanksiyaların tətbiqi yeni Erməni Soyqırımı ehtimalının qarşısını almaq üçün olduqca  vacibdir.

Daha çox göstər
Back to top button