
Hay Dat sistemində fəaliyyət göstərən “Ədliyyə və İnsan Haqları üzrə Erməni Hüquq Mərkəzi” (Armenian Legal Center-ALC) uzun müddətdir ki, Birləşmiş Millətlər Təşkilatı tərəfindən Azərbaycanın “Universal Dövri İcmal” (Armenian Legal Center-ALC) prosesində fəal iştirak edir.
Hay Datın Mərkəzi Ofisinin yaydığı məlumata görə, UPR prosedurlarına uyğun olaraq, ALC konkret tövsiyyələrlə Azərbaycan tərəfindən ermənilərə, Artsaxa və ermənistana qarşı törədilən insan hüquqları pozuntularının geniş icmalını təqdim edən “digər maraqlı tərəflərin hesabatı” hazırlayıb. Bu hesabat Azərbaycanda insan hüquqlarının ümumi vəziyyətinin düzgün qiymətləndirilməsinə töhfə verməklə UPR Katibliyinə təqdim edilib.
Son 18 ay ərzində ALC BMT-nin müxtəlif orqanlarına, o cümlədən İnsan Hüquqları üzrə müxtəlif müqavilə qurumlarına, müstəqil ekspertlərə, xüsusi məruzəçilərə və işçi qruplarına müvafiq hesabatlar və hüquqi təhlillər təqdim etmişdir. ALC həmçinin insan hüquqlarına diqqət yetirən beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq edərək, pozuntuların ciddiliyini və Azərbaycanın öz hərəkətlərinə görə cavabdehlik daşımasının zəruriliyini vurğulamaq üçün onlara hesabatlar və məlumatlar təqdim edib. ALC tərəfindən hazırlanmış materialların təsiri ALC-nin fikirlərini özündə birləşdirən BMT-nin “Maraqlı Tərəflərin Məlumat Hesabatında” aydın görünür.
Bundan əlavə, ALC Hay Dat Komitələrinin regional ofislərinə müvafiq hesabatların UPR Katibliyinə təqdim edilməsinə və öz ölkələrinin xarici işlər nazirliklərində ermənilərin hüquqlarının müdafiəsinə dəstək verib. Bu iş proseduru Azərbaycanın beynəlxalq humanitar hüququn və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşımasını təmin etmək məqsədi ilə sorğuların və konkret tövsiyələrin verilməsini nəzərdə tuturdu.
Öhdəliyini davam etdirərək, ALC Azərbaycan UPR işçi qrupunun 14 və 17 noyabr 2023-cü il tarixlərində Cenevrədə İnsan Hüquqları Şurasında keçirilməsi planlaşdırılan iclaslarında fəal iştirak edir.
Bundan başqa, ALC noyabrın 14-də BMT-nin İnsan Hüquqları Şurasının iqamətgahında Ermənilərə Yardım İttifaqının təşkil etdiyi “ Artsaxın bərpası yolu: Azərbaycana məsuliyyətə daşıması” məlumatlandırma tədbirində iştirak edəcək.
Son hadisələr kontekstində ALC beynəlxalq ictimaiyyəti son vaxtlar insanlığa qarşı törətdiyi cinayətlərə görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır. Əsas tövsiyələrə Artsaxın həbsdə olan liderlərinin və hərbi əsirlərin dərhal azad edilməsi, onların ailələrinə təhlükəsiz qayıtmasının təmin edilməsi daxildir. Artsax ermənilərinin evlərinə qayıtmaq və sülh və təhlükəsizlik şəraitində yaşamaq fundamental hüququna, habelə BMT Nizamnaməsinə uyğun olaraq öz müqəddəratını təyinetmə hüququnun yenidən təsdiqinə də diqqət yetirilir.
ALC məcburi köçkün ermənilərə təcili humanitar yardımın göstərilməsinə, məcburi köçkün Artsax vətəndaşlarının mülkiyyət iddiaları üçün ədalətli prosesin qurulmasına, beynəlxalq monitorinq vasitəsilə regionda mədəni irsin qorunmasını və mühafizəsini təmin etməyə və onların hüquqlarını təmin etmək üçün diplomatik səyləri təşviq etməyə çağırır.
ALC həmçinin regionda davamlı sülhün bərqərar olmasında ədalətin vacibliyini vurğulayaraq, Azərbaycanın beynəlxalq hüququn pozulmasına və münaqişə zamanı insan hüquqlarının pozulmasına görə məsuliyyətə cəlb olunmasına çağırır.







