
Ermənistan, Yunanıstan və Kipr xüsusi təyinatlıları Yunanıstanın Attika rayonunda hərbi təlimlər keçirib.
Bu haqda Yunanıstanın Milli Müdafiə Baş Qərargahı məlumatlandırıb.
Məlumata əsasən,”noyabrın 6-dan 10-dək Attikanın Nea Peramos bölgəsində Yunanıstan, Kipr və Ermənistanın xüsusi əməliyyat qüvvələrinin beynəlxalq əməkdaşlığı çərçivəsində xüsusi təyinatlıların üçtərəfli birgə hərbi təlimləri keçirilib”.
“Yunanıstan, Kipr və Ermənistan arasında 2023-cü il üçün birgə fəaliyyət planının bir hissəsi olan birgə təlim iştirakçılar arasında qarşılıqlı anlaşma, bilik və təcrübə mübadiləsi səviyyəsinin artırılmasına, eləcə də onların əməliyyat imkanlarının gücləndirilməsinə töhfə verib” – deyə departamentdən bildirilib.
Təlimlərdə döyüş atışları yerinə yetirilib, snayper əməliyyatlarının texnika və taktikası, qapalı ərazilərdə manevrlər, əməliyyatların planlaşdırılması işlənilib.







