BaşlıcaSiyasət

Sarqis Xandanyan polşalı ekspertlərə bölgədəki mövcud təhlükəsizlik vəziyyətini təqdim edib

ER parlamentinin xarici əlaqələr daimi komissiyasının sədri Sarqis Xandanyan noyabrın 13-də Polşadan Ermənistana gəlmiş bir sıra ekspertləri qəbul edib.

Görüşdə Polşa Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Pyotr Skveçinski, səfirin müavini Marçin Roziçki iştirak ediblər.

Sarqis Xandanyan qonaqları parlamentdə salamlayaraq Ermənistan-Polşa parlamentlərarası əlaqələrinin hazırkı səviyyəsini yüksək qiymətləndirib, onların inkişafında dost qruplar arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

Komissiyanın sədri qonaqlara regiondakı təhlükəsizlik vəziyyətini təqdim edib, Azərbaycanın etnik təmizləmə siyasəti nəticəsində Dağlıq Qarabağın 100 mindən çox əhalisinin məcburi köçkünə çevrilməsi nəticəsində yaranmış vəziyyətə toxunub.

Polşalı ekspertlərin xahişi ilə Sarqis Xandanyan Ermənistanla Azərbaycan arasında bağlanacaq sülh müqaviləsi, Ermənistan-Türkiyə münasibətlərinin tənzimlənməsi prosesindən danışıb.

Komissiya sədri Dağlıq Qarabağdan didərgin düşmüş qaçqınların ilkin ehtiyaclarının təmin edilməsi istiqamətində ER hökumətinin həyata keçirdiyi proqramlara da toxunub və beynəlxalq tərəfdaşların humanitar dəstəyinin vacibliyini vurğulayıb.

Daha çox göstər
Back to top button