BaşlıcaSiyasət

Sima Şah: “Ermənistan və Moldovada demokratiyanın səviyyəsində əhəmiyyətli artım qeydə alınıb”

Stokholmda yerləşən Beynəlxalq Seçkilərə yardım və Demokratiya İnstitutunun demokratik proseslərin qiymətləndirilməsi şöbəsinin rəhbəri Sima Şah bildirib ki, Avropada demokratiyanın əhəmiyyətli artımının yeni episentrləri yaranıb və bu mənada irəliləyişin və Moldova, Ermənistan və Sloveniyanda inkişafın dinamik olduğunu xüsusi qeyd etmək olar.

Məlumata görə, Sima Şah belə bir fikri “Euronews”a müsahibəsi zamanı bildirib.

O, qeyd edib ki, Ermənistan demokratiyanın səviyyəsinin xeyli yüksəlməsi qeydə alınan ölkələr sırasındadır.

“Xüsusən də söz azadlığı hüququnun təmin olunması baxımından bütün dünyada tənəzzülmövcuddur.

Ermənistan, Moldova və Sloveniyada isə bu baxımdan ciddi artım var. Sloveniyada hətta referendum da keçirilib. İctimai yayımın müstəqilliyini təşviq edən islahatlar haqqında, yerli medianın böyük qələbəsi Moldovada fəaliyyət sahəsi korrupsiya işlərinin araşdırılması olan və fəaliyyəti ölkədə korrupsiyanın səviyyəsinin azaldılmasına töhfə verən yeni məhkəmə yaradılıb”- deyə  Sima Şah qeyd edib.

Onun qənaətincə, xüsusən də dünyada demokratik seçkilər keçirildiyi, səmərəli parlamentlər fəaliyyət göstərdiyi, ədalət mühakiməsi təmin olunduğu üçün demokratik prosesləri dəstəkləyən qurumların fəaliyyətinə diqqət yetirmək lazımdır.

Onun sözlərinə görə, proseslərin şəffaflığına və qanunvericiliyin gücləndirilməsinə, eləcə də bu qanunvericiliyin tətbiq olunduğu mühitlərə ciddi diqqət yetirmək lazımdır.

Daha çox göstər
Back to top button