
2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan tərəfindən əsir götürülən Livan əsilli erməni Vigen Euljekyanın səhhətində ciddi problemlər var. Bu haqda “Arevelk”ə Vigenin həyat yoldaşı Linta İulçeqyan məlumatlandırıb.
“Vigenin həyatı tükdən asılıdır.. Vigenin səhhəti kəskin şəkildə pisləşib. Son zamanlar biz Vigenlə nadir hallarda əlaqə saxlayırıq və bu müddət ərzində onun səhhətində ciddi problemlərin olduğu aydın olur və onu Bakı həbsxanasından saniyə öncə azad etmək lazımdır”- deyə o, qeyd edib.
Linta İulçekyan Vigenin azadlığı üçün addımların atıldığını qeyd edib, lakin təfərrüatları açıqlamaq istəməyib. O, ümidvar olduğunu bildirərək qeyd edib ki, Vigenin həyatını xilas etməkçün onun müraciəti Ermənistanın, Spyurkun(diasporun) ictimaiyyətinə çatacağına əmin olduğunu bildirib.
Xatırladaq ki, Livan erməniləri Maral Nacarian və Vigen Euljekyan 2020-ci il noyabrın 11-də üçtərəfli bəyannamə imzalandıqdan sonra Berdzor şəhərinə gedib və oradaca əsir götürülüblər.
Günlər sonra taksi sürücüsü olan və Şuşidə məskunlaşan Vigen Euljekyan 2500 dollar müqabilində Azərbaycan tərəfindən muzdlu döyüşçü kimi təqdim edilib.
O, 5 ittiham irəli sürülmüş və 20 il müddətinə azadlıqdan məhrum edilmişdir. Maral Nacaryan 2021-ci ilin martında azadlığa buraxılmışdır.







