
Fransa ilə Ermənistan arasında əməkdaşlıq davam edəcək. Bu barədə noyabrın 14-də jurnalistlərlə söhbətində hakim “KP” fraksiyasının deputatı, parlamentin Avropaya inteqrasiya üzrə daimi komissiyasının sədri Arman Yeğoyan bildirib.
O, burada qanunsuz heç nə olmadığını, əməkdaşlığın danışıqlara qarşı yönəlmədiyini qeyd edib. Yeqoyan bildirib ki, istənilən ölkə ordusunu lazım bildiyi kimi təchiz edir.
“Azərbaycan öz ordusunu tərəfdaşlarından silah alaraq təchiz etdiyi kimi, biz də tərəfdaşlarımızdan silah və hərbi texnika alırıq.
Sülh müqaviləsi üçün ən vacibi regionda siyasi və hərbi-siyasi tarazlığın yaradılmasıdır. Sülh müqaviləsi məhz yerlərdə mövcud vəziyyəti müəyyən edir” – deyərək deputat vurğulayıb.







