BaşlıcaSiyasət

Təhlükəsizlik Şurasının katibi Avropa Birliyinin mülki müşahidəçi misyasının işini yüksək qiymətləndirmişdir

Noyabrın 14-də ER Təhlükəsizlik şurasının katibi Armen Qriqoryan sülh, tərəfdaşlıq və böhrən idarəsi müdriyyətinin rəhbəri Jil Rosteninin başçılıq etdiyi Avropa Birliyi mülki müşahidə misyasının ortamüddətli strateji qiymətləndirmə və faktaraşdırma misyasını qəbul etmişdir.

Təhlükəsizlik Şurası ofisindən bildirirlər ki, Təhlükəsizlik Şurasının katibi AB mülki müşahidə misyasının işini yüksək qiymətləndirmiş və Ermənistanın misyanın fəaliyyətinə dəstəyini davam etdirməyə hazır olduğunu bir daha təsdiq etmişdir. Həmsöhbətlər ER-AB tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirmiş və gələcək əməkdaşlığın mümkün yollarını müzakirə etmişlər.

Daha çox göstər
Back to top button