
Fransanın kibermüdafiə bölməsi Parisin 2024-cü il Olimpiya Oyunlarına ev sahibliyi etmək imkanını sarsıtmağa yönəlmiş Azərbaycandan yayılan dezinformasiya kampaniyasını aşkar edib.
“Reuters”in verdiyi xəbərə görə, kampaniya iyulun 26-dan 27-dək bir azərbaycanlının X sosial şəbəkəsində (Twitter) Azərbaycan Prezident Partiyası ilə əlaqəsi olan hesabında aparılıb.
“İstintaq müəyyən edib ki, Azərbaycana yaxın olan ən azı bir xarici subyekt 2024-cü il Olimpiya və Paralimpiya Oyunlarına ev sahibliyi edən ölkə kimi Fransanın reputasiyasına xələl gətirmək üçün qeyri-dəqiq proseslərdən istifadə edib”, – Fransa hökumətinin kibermüdafiə xidməti bildirib.
Fransa polisi ilə etirazçılar arasında milyonlarla insanın gördüyü toqquşmaların foto və videolarının yer aldığı kampaniya iyunun sonunda Parisdə baş verən iğtişaşlardan sonra #boykotparis2024 şüarı altında həyata keçirilib.
Fransalı diplomatik mənbə bildirib ki, Paris Bakıdan dezinformasiya kampaniyası ilə bağlı aydınlıq tələb edib. Mənbənin sözlərinə görə, o, yaxın günlərdə X (Twitter) administrasiyası ilə də bu məsələni müzakirə edəcək.







