
KTMT de-yure məcburi öhdəlikləri çərçivəsində Ermənistanın təhlükəsizlik çağırışlarına lazımi cavab verməyib və bu, bir neçə dəfə təkrarlanıb.
Verilən məlumata görə, bu haqda ER Baş naziri Nikol Paşinyan parlamentdə hökumət üzvləri ilə sual-cavab iclasında Ermənistan fraksiyasının deputatı Aqnesa Xamoyanın Ermənistanın KTMT və MDB-də iştirakdan niyə imtina etməsi və məgər KTMT-dən çıxmaq üçün zəmin hazırlanırmı- sualını cavablandırarkən bəyan edib.
Baş nazir bu suallara cavab olaraq bildirib ki, Ermənistan görüşlərdən imtina etmir, lakin müxtəlif səbəblərdən həmin tədbirlərdə iştirak etməmək barədə qərar qəbul edilib.
“O ki qaldı mən nəyəsə zəmin hazırlayıram, mən heç nəyə zəmin hazırlamıram, çünki hazırlığımızdan asılı olmayaraq o zəmin ya var, ya da yoxdur.
Siz sual verdiniz ki, biz hansı təhlükəsizlik sistemi ilə işləmişik və ya ölkənin təhlükəsizliyini təmin etmişik?
KTMT-də gedən proseslər və bizim mövqelərimizlə bağlı ən mühüm qeyd odur ki, təəssüf ki, KTMT Ermənistanın təhlükəsizlik çağırışları ilə bağlı de-yure məcburi öhdəliklərinə lazımi cavab vermədi və bu, bir neçə dəfə təkrar olundu.
Bütün həmkarlarımıza tam hörmətlə yanaşaraq, sadəcə olaraq qeyd edirik ki, ictimaiyyətimiz üçün də başa düşülən deyil, niyə hər gedəndə eyni şeyi təkrar edir, heç bir cavab almadan eyni sözləri deyirik, çıxıb geri qayıdırıq.
Sonra növbəti dəfə heç bir cavab almadan eyni şəkildə gedib qayıdır” – deyə Paşinyan bildirib.
Baş nazir ən böyük fundamental problemi de-yure KTMT-nin Ermənistan Respublikasında öz məsuliyyət zonasını qeydiyyata almaqdan imtina etməsini hesab edir.
“Bu o demək ola bilər ki, bu şərtlər altında, sadəcə olaraq, səssizcə iştirak etməklə biz Ermənistanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alacaq məntiqə qoşula bilərik.
Biz özümüzə və KTMT-yə bundan sonra nə edəcəyimizi düşünmək və vaxt vermək üçün belə qərarlar qəbul edirik” – deyərək Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan təhlükəsizlik sahəsində əlaqələrini ona görə şaxələndirir ki, onun təhlükəsizlik sektorundakı tərəfdaşları, o cümlədən obyektiv səbəblərdən silah və sursat satmırlar.
“Biz başqa təhlükəsizlik partnyorlar axtarırıq. Və biz başqa təhlükəsizlik tərəfdaşları axtarır və tapırıq, müqavilələr imzalamağa, bəzi silahlar, hərbi texnika almağa çalışırıq.
Bu, bizim siyasətimizdir. Və strateji baxımdan, dəyişiklik elan etmək fikrində deyilik. KTMT-dən çıxmaq qərarına gələnə qədər bizim siyasətimiz bu olacaq” – deyə Paşinyan yekunlaşdırıb.







