BaşlıcaEkonomikaSiyasət

Maliyyə naziri “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi üçün kifayət qədər məbləğ olduğuna zəmanət vermişdir

“Sülh kəsişməsi” layihəsi yalnız Ermənistanın fəaliyyətinin nəticəsi  deyil, həm də regionun digər ölkələrinin iştirakı ilə reallaşdırılmalıdır.

Bu haqda Parlamentin növbəti iclasında Maliyyə naziri Vahe Hovhannisyan “Mülki müqavilə” (KP) fraksiyasının deputatı Sona Ğazaryanın “Sülh kəsişməsi” layihəsini həyata keçirilməsi istiqamətində hansı proqramlar planlaşdırırsınız sualına cavablandırarkan demişdir.

“İnfrastrukturların inkişafı üçün 2024-cü ilin büdcəsi ilə kifayət qədər vəsait  ayırılmışdır. Büdcədə gələn ildə planlaşdırılan proqramlar, müəyyən işlər əks olunur.

 Bildiyimiz kimi “Sülh kəsişməsi” yalnız bizim fəaliyyətimizin nəticəsi  deyil, həm də regionun digər ölkələrinin iştirakı ilə reallaşdırmalıdır. 

Əgər belə razılaşma əldə ediləcəksə  və bu ideya öz yoluyla irəli gedəcəksə, bizim ehtiyat fondumuz var və orada kapital xərcləri üçün paylanmamış  məbləğ var.

Bizim bu layihəmizin  infrastrukturlarının təmin edilməsi üçün kifayət qədər vəsaitimz olacaq”- deyə Hovhannisyan bildirmişdir.

Daha çox göstər
Back to top button