BaşlıcaSiyasət

“Ermənistan KTMT-dən çıxmaq barədə qərar qəbul etməyib”: Simonyan

“Ermənistan KTMT-dən çıxmaq barədə qərar qəbul etməyib”.

Bunu Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

“Biz KTMT-dən çıxmaq barədə qərar qəbul etməmişik. Başqa bir məsələ KTMT-nin özünün necə mövqe tutmasıdır. Bu, üzvlərindən biri təhlükədə olanda hansısa tədbir görmək üçün yaradılmış strukturdur, elə deyilmi?”, – deyə parlament sədri qeyd edib.

“Bu sual KTMT-yə üzv olan digər ölkələrə ünvanlanıb. Çünki yeri gəlmişkən, Ermənistan KTMT-yə sədrlik edən ölkə olanda KTMT təşkilata üzv olan ölkələrdən birində əməliyyat keçirib.

Amma Ermənistana qarşı əməliyyat aparılanda və bu əməliyyat davam edəndə KTMT bu hərbi təlimlərin harada keçiriləcəyini dəqiqləşdirmədən müşahidəçi göndərməyə, hərbi təlimlər keçirməyə hazır olmasından danışmağa başlayıb”, – deyə o qeyd edib.

Daha çox göstər
Back to top button