Baxmayaraq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan və komanda yoldaşları İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatları açıq şəkildə pisləsələr də,əməldə Ankara Azərbaycan neftinin Türkiyə üzərindən ixracı kimi İsrail tərəfi ilə işgüzar əlaqələrini davam etdirir.
“Duvar”ın məlumatına görə, türkiyəli müstəqil jurnalist Metin Cihan 2019-cu ildə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Hata-nın bələdiyyə başqanlığına namizəd olan iş adamı İbrahim Gülərin Türkiyə ilə İsrail arasında üzən yük gəmilərinin olduğunu açıqlayıb.
Buna baxmayaraq, Gülər ötən ay İsrailin Qəzza zolağına hücumlarını açıq şəkildə pisləmişdir. Daha sonra Gülər jurnalist Cihana bildirib ki, guya o, gəmiləri aylar öncə satıb.
“Aydındır ki, o, təkcə bələdiyyə sədrliyinə namizəd deyil, həm də AKP-nin Hata-nın sədri olub. İcazə verin sizi İbrahim Gülərlə tanış edim.
Sosial mediada İsraili təhqir edərək,ona söyüşlər söyməklə bu qırğın günlərində belə İsrailə logistika satmağa davam edir.
Beləliklə, onun cibini doldurur” – deyə jurnalist X səhifəsində yazıb və sübutlar təqdim edib.
Qeyd edək ki, Gülər uzun müddətdir ki, İsraili tənqid edibdir. Xüsusilə, 2021-ci ildə sosial şəbəkədəki səhifəsində aşağıdakı paylaşımı edib:
“Qoy İsrail məhv olsun. Mən onun xarabalıqlarını görmək istərdim”.
Jurnalist Cihan, Gülərin 7 oktyabr hadisələrindən sonra da İsraildə işini davam etdirdiyini öyrənib. Qlobal dəniz səyahətlərinin ictimai onlayn mənbəyi olan Marinetraffic-dən topladığı məlumatlara görə, Türkiyədən 259 ticarət gəmisi İsrailə gedib.
Partiyanın İsrailin Qəzza zolağına hücumlarını açıq şəkildə məhkum etməsinə baxmayaraq həmin gəmilərdən bir neçəsi hakim məmurlara məxsusdur.
Cihan onu da bildirib ki, radikal islamçı Azad Hərəkət Partiyası (HÜDA-PAR) ilə yaxın əlaqələri olan Eren Holdinq İsrailə sement tədarükünü davam etdirir.
HUDA-PAR AKP ilə birlikdə hakim Xalq alyansının üzvüdür. Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan və hökuməti İsrailin Qəzzaya hücumunu və Qərbin Təl-Əvivə dəstəyini kəskin çəkildə daima tənqid edib.
Bu günsə Erdoğan da İsraili “terrorçu dövlət” adlandırıb. Türk cəmiyyətində İsrail, Amerika və türklərin İsraili dəstəklədiyinə inandıqları beynəlxalq şirkətlərə qarşı boykot kampaniyası təbliğ olunmaqdadır.
Mətn factor.am-ə məxsusdur.







