
BQXK-dən veilən məlumata görə onlar bu ilin sentyabr-oktyabr aylarında Artsaxdan yaralıların və müalicə alanların təxliyəsinə dəstək verib, həmçinin ailələrin birləşməsinin təmin edilməsinə töhfə veriblər.
“Qarabağdan Ermənistana 220 nəfərin qalıqları köçürülüb, onların arasında əsasən yanacaq anbarında baş verən partlayışın qurbanları olub.
Bizə doğmalarını axtaran və ya məlumata ehtiyacı olan itkin düşmüş şəxslərin ailələrindən 2 500-ə yaxın telefon zəngi olub və onların ailələrinə baş çəkmişik.
Qarabağda 25 nəfər Ermənistan və digər ölkələrdəki doğmalarıyla video və telefon zəngləri vasitəsilə əlaqə saxlaya bilib.
Ermənistana 124 yaralı və tibbi yardım göndərilib” – deyərək məlumatda qeyd olunub.







