
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının birgə qərargahının rəhbəri Anatoli Sidorov təşkilata üzv dövlətlərin liderlərinin Qafqaz regionunda vəziyyətin sabitləşməsi üçün bütün lazımi tədbirləri görəcəkləri barədə fikir bildirib.
TASS agentliyinə istinadən verilən məlumata görə, bu haqda Sidorov noyabrın 16-da keçirdiyi brifinqdə qeyd edib.
.
“Dövlət başçılarının hansı qərarı verəcəyini mühakimə edə bilmərəm. Düşünürəm ki, onlar Qafqazda, o cümlədən Ermənistanda və qonşu dövlətlərdə vəziyyətin sabitləşməsi üçün bütün tədbirləri görəcəklər” – deyərək Sidorov bildirib.
O, əlavə edib ki, tədbirlər artıq 2022-ci ildə Ermənistanda KTMT-nin Birgə Qərargahı və Katibliyinin nümayəndə heyətinin gördüyü işlərin nəticələrinə əsasən təklif edilib.







