BaşlıcaBeynəlxalq

ABŞ konqresmeni: “Azərbaycan Türkiyə və Rusiya ilə  iş tutmaq  istəyir, busa gərginliyin əsasını təşkil edir”

Bu bir həqiqətdir ki, Dövlət Nazirliyi vətənini tərk etmiş insanların geri qayıtması üçün şərait yaratmalıdır, məncə, bu, yurd-yuvasını tərk etmək məcburiyyətində qalan ermənilər üçün çarə və ya təminat deyil.

Bu barədə ABŞ konqresmeni Cim Kosta “Amerikanın səsi”nə müsahibəsində bildirib.

“Düşünürəm ki, gələcək müzakirələrdə bu məsələ aydın şəkildə təqdim edilməlidir və məncə, həmin insanlar üçün icazə lazım deyil. Onlar istədikləri zaman evlərinə qayıda bilməlidirlər”.

Dağlıq Qarabağa qayıtmaq istəyənlərin təhlükəsizliyinə kim zəmanət verməlidir sualına Kosta belə cavab verib: “

“Bu, sülh sazişində qeyd olunmalıdır və buna görə də saziş çox vacibdir. ABŞ əmin olmalıdır ki, bu, Azərbaycanın da razılaşdığı gələcək danışıqların əsas məqamlarından biri olsun”.

Onun sözlərinə görə, əvvəlan bu gün Ermənistanla Azərbaycan arasında gərginlik üçün əsas var. “Azərbaycanın nizamlanma masasına qayıtmaq istəməməsi buna sübutdur.

İkincisi, onların Türkiyə və Rusiya ilə iş tutmaq istəyi də bundan xəbər verir.

Sülhməramlı olması lazım olan 2400 rus əsgərinin insanları evakuasiya etməyə məcbur edərkən heç nə etmədiyi ortaya çıxdı. Bundan öncə Dağlıq Qarabağın blokadası zamanı dəhlizlə Dağlıq Qarabağa ərzaq və tibbi ləvazimatların daşınmasına imkan vermirdilər.

Birləşmiş Ştatlar ədalətin olmasını və bütün tərəflərin əməl edəcəyi razılaşmanın olmasını təmin etməlidir”.

Daha çox göstər
Back to top button