
Sosial şəbəkələr vasitəsilə yayılan nifrət, düşmənçiliyin qızışdırılması bizim üçün bizdə olan münaqişənin kökündə duran səbəblərdən biridir. Bunu ATƏT PA-nın Yerevanda keçirilən payız sessiyasında çıxışı zamanı Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib.
“Bu, çox narahatedicidir. Ona görə də Ermənistan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiya əsasında Beynəlxalq Məhkəmədə iş başlatdı. Bu, irqi ayrı-seçkilik siyasətini, konkret qruplara, o cümlədən məsələn, etnik qrupa qarşı irqi düşmənçiliyi qadağan edən əsas konvensiyadır”, – deyə o bildirib.
Kirakosyanın sözlərinə görə, son illərdə Ermənistanın üzləşdiyi şey Azərbaycanın siyasi rəhbərliyi də daxil olmaqla, uzun illər davam edən düşmənçilik və nifrət təbliğatının nəticəsidir.
“Bu yaşadığımız çox acınacaqlı bir reallıqdır. Ermənistanın Beynəlxalq Məhkəməyə təqdim etdiyi işlər isə məhkəmənin bir sıra qərarlarına səbəb olub… Xüsusən məhkəmə tərəfindən 2021-ci ilin dekabrında Azərbaycanın dövlət orqanları tərəfindən nifrət təbliğatının və düşmənçiliyin qızışdırılmasının dayandırılmasına və Azərbaycanın nəzarəti altında olan etnik ermənilərin hüquqları, eləcə də Dağlıq Qarabağda erməni mədəni abidələrinin qorunmasına aid idi”,- Kirakosyan vurğuladı.







