BaşlıcaSiyasət

XİN: “Antisemitizm və milli və ya dini zəmində dözümsüzlüyə Ermənistanda yer yoxdur”

Ermənistan Xarici işlər nazirliyi Yerevanda sinaqoqa qarşı törədilən vandalizm aktını pisləyib. Verilən məlumata görə, Ermənistan Xarici işlər nazirinin mətbuat katibi Ani Badalyan medianın mövzu ilə bağlı sualını cavablandırıb:

Sual  – Yerevanda sinaqoqa qarşı vandalizm hadisəsi ilə bağlı məlumatlar yayılıb və bu da mediada müxtəlif şərhlərə səbəb olub. Mövzuya toxunacaqsınız?

Cavab – Əvvəllər də vurğuladığımız kimi, Ermənistan Respublikası hər hansı dini struktura müdaxiləni və xüsusən də vandalizmin hər hansı təzahürünü, Yerevanda  sinaqoqa qarşı hər hansı hörmətsiz hərəkəti yolverilməz hesab edir.

 Bu cür dözümsüzlük və ya onun təhrik edilməsi halları yolverilməzdir və artıq Ermənistan Respublikasının səlahiyyətli orqanları tərəfindən cinayət işi başlanıb.

Siyasi, təbliğat və ya digər səbəblərdən asılı olmayaraq, hadisə ilə bağlı istənilən manipulyasiyanı qəti şəkildə rədd edirik.

Antisemitizm və milli və ya dini zəmində dözümsüzlüyə Ermənistanda yer olmayıb və olmayacaq.

Daha çox göstər
Back to top button