
Şahmat üzrə Ermənistan komandası Avropa komanda çempionatının bürünc mükafatçısı olub.
Monteneqronun Budva şəhərində keçirilən çempionatın son turunda Ermənistanın kişilərdən ibarət komandası İngiltərə ilə mübarizə aparıb və 2,5-1,5 hesabı ilə qalib gəlib.
Şant Sargsyan millinin heyətində Maykl Adamsı məğlub edərək qələzə qazanıb. Hayk Martirosyan, Qabriel Sarkisyan və Samvel Ter-Sahakyan oyunları heç-heçə başa vurub. Ermənistanın kişilərdən ibarət komandası turnir cədvəlində 3-cü yeri tutub. Serbiya və Almaniya komandaları müvafiq olaraq birinci və ikinci yerdədir.







